OPEK hasilatı azaltmasa, neft 60 dollar olacaq
Bizi izləyin

Ekopublika.az

OPEK hasilatı azaltmasa, neft 60 dollar olacaq

OPEK sabahkı iclasında hasilatı azaltmaq barədə qərar verməzsə, neftin qiyməti 60 dollara qədər düşə bilər.

Publika.az xəbər verir ki, bu barədə ekspertlər xəbərdarlıq ediblər. Nəzərə çatdıraq ki, OPEK həftənin dördüncü günü dünya neft bazarının gələcək konturlarını müəyyən edəcək. 30 faiz ucuzlaşmadan sonra OPEK ölkələri digər hasilatçılardan da qərarı pozmamağa dair razılıq ala bilsələr, istehsalı azaldacaqlar.

Onu da bildirək ki, noyabrın 25-də Vyanada Səudiyyə Ərəbistanı və Venesuellanın nümayəndələri ilə Rusiya və Meksika səlahiyyətlərinin görüşü olub. Düzdür, müzakirələrdə belə bir qərara təminat verilib-verilmədiyi bəlli deyil. Sadəcə, o məlumdur ki, hasilatın paralel azaldılmasından söhbət belə getmir. Görüş iştirakçıları sadəcə proseslərə nəzarət edərək lazım gələrsə, 3 ay sonra yenidən bir araya gəlmək barədə qərar veriblər.

Nəzərə çatdıraq ki, OPEK-ə daxil olan 12 ölkə dünya bazarının neftə olan tələbatının 40 faizini ödəyir. 2014-cü ilin yayında 115 dollar təşkil edən neft hazırda 80 dollara düşüb.

Qiymətlərin aşağı düşməsi istehlak proqnozlarının azalması ilə əlaqələndirilir. Beynəlxalq Enerji Agentliyi cari il üzrə neftə olan tələbat proqnozunu gündəlik 1 000 000 - 900 min barel endirib. Agentliyin proqnozuna əsasən 2014-cü ildə neftə tələbat gündəlik 92,6 milyon bareldir.

O ki qaldı OPEK daxilində hazilatın azaldılması ilə bağlı fikirlərə, təşkilat İran, İrak Liviyanı bu qərarı verməkdə sərbəst buraxa bilər. “Bloomberg”in etibarlı mənbələrinə istinadən məlumatına görə, üç ölkənin bu məsələdə sərbəst buraxılmasının səbəbi onlarda neft hasilatının aşağı olmasıdır. İran, İrak Liviya oktyabrda gündəlik 7 milyon barel neft hasil ediblər.

İrak 2017-ci ildə hasilatı 2 dəfə artırmağı planlaşıdırır. Söhbət hasilatın 3,2 milyon bareldən 6 milyon barelə çatdırılmasından gedir. Liviyanın gündəlik hasilatı 437 min barel olub. İran da əvvəlki ildən az neft hasil edir. 2014-cü ildə İranın orta hasilatı gündəlik 2,8 milyon barel olub. Bu da 2011-ci illə müqayisədə 23 faiz azalma deməkdir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm