Rusiya iqtisadiyyatı can üstə - “Rosneft” özəlləşdirməyə çıxarıldı
Bizi izləyin

Ekopublika.az

Rusiya iqtisadiyyatı can üstə - “Rosneft” özəlləşdirməyə çıxarıldı

Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev “Rosneft” ASC-nin (Rusiyanın dövlət neft şirkəti) səhmlərinin 19,5%-nin özəlləşdirilməsi ilə bağlı qərar imzalayıb.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, bu haqda qərar Rusiyanın Nazirlər Kabinetinin saytında yerləşdirilib. Qərarda bildirilir ki, hökumət şirkətin 2 066 727 473 səhminin özəlləşdirilməsinə razılıq verir.

“Rosneft”in rəhbəri İqor Seçin bildirib ki, səhmlərin yerləşdirilməsi iki tranşda həyata keçiriləcək. Neft şirkətinin bir səhminin dəyəri 8,12 dollar təşkil edəcək.

Xatırladaq ki, hələ avqust ayında maliyyə naziri Anton Siluanov “Rosneft”in səhmlərinin 19,5 faizinin 2015-ci ildə özəlləşdirməyə çıxarılacağını bildirmişdi. Qeyd etmişdi ki, Rusiya büdcəsi bu əməliyyatdan 423 mlrd. rubl əldə edəcək.

Onu da qeyd edək ki, bir müddət əvvəl “Rosneft” hökumətdən 50 milyard dollar yardım istəmişdi. Bunun da səbəbi kimi, hələ oktyabr ayının ortasına qədər şirkətin sanksiyalar ucbatından 55 milyard dollar itirməsi göstərilirdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm