Yüksək uçot stavkası bankların evini yıxacaq
Bizi izləyin

Digər

Yüksək uçot stavkası bankların evini yıxacaq

Beynəlxalq kredit dərəcələndirmə təşkilatı “Fitch Ratings” rublun məzənnəsinin düşməsi və faiz nisbətlərinin sərt şəkildə artırılması nəticəsində 2015-cü il üzrə Rusiya iqtisadiyyatında riskləri artırdığını açıqlayıb.

Publika.az xəbər verir ki, “Fitch Ratings” hesabatında Mərkəzi Bankın uçot stavkasını 6,5 faiz artırmasına toxunub. Bilirib ki, neftin qiymətinin aşağı olması riskləri saxlayır: “Rusiyadakı resessiya dərinləşə bilər. Faiz nisbətləri artırılmadan əvvəl neftin barelinin ortalama 66 dollar səviyyəsində olacağı hesablanmışdı. Rusiya real ümumi daxili məhsul artımında 2,8 daralma yaşaya bilər".

Rublun bu həftəki performansını qiymətləndirən “Fitch Ratings” qeyd edib ki, rublun dəyər itkisi real gəlirlərin əriməsinə səbəb olub. Bu daxili istehlaka və yerli tələbə zərər verəcək:”Rusiya Mərkəz Bankının proqnozlarına görə neft qiymətinin 60 dollar səviyyəsində formalaşması vəziyyətində 2015-ci ildə ölkə iqtisadiyyatı 4,5-4,7 faiz kiçiləcək”.

“Fitch” həmçinin özünün Rusiyanın qeydini yanvarda qiymətləndirəcəyini bildirib. Rusiya iqtisadiyyatındakı son proseslərin bank sektoruna təsirlərini qiymətləndirən “Fitch” “resessiya, yüksək faizlər və zəifləyən rubl 2015-ci ildə rus banklarının reytinqlərinə təsir edəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm