Avropadan ŞOK PROQNOZ - Neft 20 dollara düşə bilər
Bizi izləyin

Digər

Avropadan ŞOK PROQNOZ - Neft 20 dollara düşə bilər

“Reuters” ekspertləri neftin gələcək qiyməti ilə bağlı ssenari açıqlayıblar.

Publika.az xəbər verir ki, həmin senariyə görə, neftin qiyməti 50-20 dollara düşə bilər. Bu halda kimin vəziyyətinin necə olacağını müzakirə edən ekspertlərin fikrincə, böhranı ən yaxşı Səudiyyə Ərəbistanı ötüşdürəcək. Hansı ki neft istehsalı xərcləri minimumdur. Bundan əlavə Səudiyyə Ərəbistanı böyük xarici valyuta ehtiyatlarına malikdir. Hətta bu ehtiyatlar büdcə kəsirini belə örtəcək səviyyədədir. Neft böhranının qurbanı kimi Kanada və ABŞ-ın adı önə sürülür. Amerikalı bir çox şirkətlər üçün neftin 80 dollardan aşağı olması artıq kritik məqam sayılır. Həmin şirkətlər bazarı tərk etmək məcburiyyətində qala bilərlər.

Bu arada Səudiyyə Ərəbistanın neft və mineral ehtiyatlar naziri Ali an-Nuyami bildirib ki, dünya qiymətlərinin düşməsinə baxmayaraq, onun ölkəsi neft hasilatını azaltmayacaq: “Bu, qeyri-mümkündür ki, Səudiyyə Ərəbistanı və ya OPEK öz paylarının azalması və digərlərinin payının artmasına səbəb olacaq hər-hansı bir addım atsın”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm