Ekopublika.az
Şad xəbər: avtomobillərin qiyməti düşdü
“Rusiyada müşahidə edilən iqtisadi durğunluq və eləcə də milli valyutanın dəyər itirməsi avtomobil idxalı ilə məşğul olan Azərbaycan iş adamlarının fəaliyyətinə müsbət təsir göstərməkdədir”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Vüqar Bayramov çıxış edib. Ekspert Rusiyada rublun məzənnəsinin dövrü valyutalara, o cümlədən manata nisbətən aşağı düşməsinin qonşu ölkədə nəinki istehsal edilən, o cümlədən başqa dövlətlərdən bir müddət öncə idxal edilən və satışa çıxarılan malların qiymətinin dollar ifadəsində azalmasına səbəb olduğunu bildirib:
“Rusiyada yerli və işlənmiş xarici avtomobillərin də qiymətlərində azalmalar qeydə alınır. Bu fürsətdən isə nəinki yerli iş adamları, eləcə də avtomobilə tələbatı olan vətəndaşlarımız da faydalanmaqdadırlar. Rusiyada istehsal edilən avtomobillər rublla satıldığı üçün dollar və manata nisbətən hesablandıqda bu avtomobillərin dəyəri aşağı düşməyə davam edir. Artıq Rusiyadan gətirilən və Avro-4 standardlarına cavab verən avtomobillərin Azərbaycan bazarında qiymətlərinin aşağı düşməsi müşahidə edilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin son bir ayda apardığı monitorinq göstərir ki, sözügedən mənşəli avtomobillərin qiymətində 7 faizə yaxın azalma qeydə alınıb. Son dövrlər rublun məzənnəsinin aşağı düşməsi Rusiyadan avtomobil gətirənlərin sayını da artırdığı üçün avtomobillərin qiymətlərinin daha da ucuzlaşmasını gözləmək olar”.
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu