Digər
Magistral kəmərlərlə ötürülən qaz və neftin həcmi bəlli oldu
Ötən bir ildə magistral neft kəmərləri ilə 45,8 milyon ton neft nəql edilib. Bu da 2013-cü illə müqayisədə 5,1 faiz artım deməkdir.
Publika.az xəbər verir ki, nəqletmənin 3/4 hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar-dekabr ayları ərzində bu kəmər vasitəsilə 34,6 milyon ton neft ötürülüb. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 5,6 milyon ton tranzit Türkmənistan nefti nəql edilib. Magistral qaz kəmərləri ilə 21,9 milyard kub-metr və ya 9,4 faiz çox qaz nəql olunub. Nəql edilmiş qazın 29,9 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. 6,5 milyard kub-metr qaz ötürülüb.
Diqqəti çəkən isə Azərbaycanın Rusiyaya qaz ixracını altı dəfədən çox azaltmasıdır. 2014-cü ildə Rusiyaya 200 milyon kubmetrdən çox qaz ixrac edib. Bu rəqəm 2013-cü ildə 1,37 milyard kubmetr olub. Ümumilikdə, ötən il Rusiyaya 207 milyon kubmetr qaz nəql edilib.
İqtisadiyyat şöbəsi
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...