Elman Rüstəmov: “Milli valyuta üzərində nəzarəti itirə bilərdik”
Bizi izləyin

Hesabat

Elman Rüstəmov: “Milli valyuta üzərində nəzarəti itirə bilərdik”

“2008-ci ildən davam edən böhran bizdən də yan keçməyib. Böhranın ən kəskin kanalı neftin qiymətidir”.

Publika.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, o zaman neftin qiyməti düşsə də, bunun uzunmüddətli olmayacağı proqnozlaşdırılırdı.

“Biz manatın sabitləşməsinə 1 milyard manat vəsait sərf etdik. 2010-cu ildə sərf etdiyimiz valyutanı geri aldıq. 2014-cü ildə nerft yenidən ucuzlaşdı. Lakin neftin 2 dəfə ucuzlaşması yeni fenomendir. Bu ucuzlaşma uzun müddət davam edəcək. Neftin ucuzlaşmasının kökündə tələb və təklif faktorları dayanır”, - Rüstəmov əlavə edib.

O deyib ki, neftin qiyməti 50 dollar olacağı təqdirdə ölkənin xarici balansının profisiti 5 dəfə azalır. Neft 40 dollar olarsa, defisitə keçir: “İndiki neft qiymətlərində biz əvvəlki siyasətimizi davam etdirsəydik, həm Neft Fondunun, həm Mərkəzi Bankın ehtriyatları sıfırlanardı”.

MB sədri deyib ki, son 3 ilıdə rus rublu 93 faiz, tükr lirəsi 42 faiz ucuzlaşıb:

“Belə halda ixracatçılar itirirlər. 20 ildir Azərbaycanda makro-iqtisadi sabitlikdir. 2005-2010-cu ildə quruculuq işləri həyata keçirilib. Xarici balansın profsiti 115 milyard olub. İqtisadi artımın 35 faiz olduğu illərdə birrəqəmli infilyasiya formalaşdı. Lakin xarici balansda baş verən məsələlər bizi manatın məzənnəsinə qayıtmağa məcbur etdi. Korreksiyaya uğrayan manat deyil, neftin qiymətinin 2 dəfə azalmasıdır. Son gunlər ajiotajı yatırtmağa gündəlik yarım milyard dollar xərcləyirdik. Manat kütləsinin 70 faizi dollar çevrilə bilərdi. Milli valyuta üzərində nəzarəti itirə bilərdik. Ona görə manatın kəskin korreksiyasına getdik. Bu qərər strateji maraqlara xidmət edir. Bu qərar olmasaydı bir neçə ildə dəfələrlə denominasiyaya gedə bilərdik”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm