Rövnəq Abdullayev Elman Rüstəmovdan 1 milyard manat kredit götürəcək
Bizi izləyin

Digər

Rövnəq Abdullayev Elman Rüstəmovdan 1 milyard manat kredit götürəcək

SOCAR Mərkəzi Bankdan 1 mlrd. manata yaxın kredit götürəcək.

Publika.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. Məlum olub ki, kredit Neft-Qaz və Neft Kimya Kompleksi tikintisinin maliyyələşdirilməsinə sərf olunacaq. R.Abdullayev deyib ki, Mərkəzi Bankdan cəlb olunacaq kredit bir milyard manata yaxın olacaq. Kredit layihənin tikintisi başlayandan 10 il müddətinə götürüləcək: “Kredit 5 il müddətinə ödənişin uzadılması ilə cəlb ediləcək. Düşünürəm ki, 3 - 4 il müddətinə layihənin tam tikilib istifadəyə verilməsi mümkün olacaq”.

O həmçinin qeyd edib ki, OGPC-də tender prosedurları aparılır: “Düşünürəm ki, bu yay aylarında artıq tender elan ediləcək və podratçı alyanslar seçiləcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm