Yay vaxtına keçidlə nə qazanırıq?
Bizi izləyin

Ekopublika.az

Yay vaxtına keçidlə nə qazanırıq?

“Bu gecə, mart ayının son bazar günü Azərbaycan ərazisində yay vaxtına keçiləcək. Bu ərəfədə ən çox verilən sual iqtisadi baxımdan buna ehtiyacın olub-olmamasıdır”.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib. O, yay vaxtına keçidin mühüm tərəflərini açıqlayıb:

“Saat əqrəblərinin irəli və ya geri çəkilməsi əksər inkişaf etmiş ölkələrdə, o cümlədən Avropa dövlətlərində tətbiq edilir. Beynəlxalq praktikada yay və ya qış vaxtına keçid iqtisadi, psixoloji və tibbi faktorlar ilə bağlı olsa da, kriminal hadisələrə qarşı mübarizə tədbiri kimi də tətbiq edilir. İqtisadi baxımdan bu qərarların əsas səbəbi yeni sistemə keçməklə enerjiyə qənaət etmək imkanının və eləcə də sosial vətəndaşların yeni fəsilə adaptasiya edilməsi baxımından əhəmiyyətli olması ilə bağlıdır.

Əvvəla yay vaxtına keçmənin başlıca əhəmiyyəti ondan ibarətdir ki, iş başladığı andan bitənə qədər, praktiki olaraq hava işıqlı olduğundan, həmin zaman müddətində enerjiyə qənaət olunur. Bunun digər tərəfi ondan ibarətdir ki, məşğul əhali yeni fəsilə uyğunlaşa bilirlər. Beynəlxalq standartlara əsasən, saatların geri çəkilməsi ilə həmin müddət ərzində ölkəmizdə enerji sərfinə 5 faiz qənaət edilir”.

İqtisadçı qış və yay vaxtlarının tətbiq edilməsinin çox doğru addım olduğunu bildirib:

“Çünki bu, Avropada tətbiq edilmiş və uzun müddət sınanılmış bir praktikadır. Tətbiq olunan praktika yalnız iqtisadi deyil, eyni zamanda, psixoloji və digər aspektlərə də əsaslandırılır. Azərbaycanda bu sistemin tətbiqinin, həm fəslin dəyişməsi ilə əlaqədar olaraq işçilərin əhval-ruhiyyəsinin mövsümə uyğunlaşdırılmasına, həm də məhsuldarlığın artması aspektinə müsbət təsirləri var. Yay vaxtına keçid xidmət sektorlarında iş vaxtının daha uzunmüddətli olmasına şərait yaradılması baxımından əhəmiyyətlidir. Bu xidmət sektorunda çalışan müəssisələrin gəlirlərinin artmasına təsir göstərir. İqtisadi baxımdan aqrar sektor iş müddətinin uzanması baxımdan saat əqrəblərinin irəli çəkilməsindən udan sahə hesab edilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm