Ekopublika.az
Ən varlı ərəblərin adları açıqlandı - SİYAHI
“Forbes” jurnalı Orta Şərqin ən zəngin 100 ərəbin siyahısını hazırlayıb.
Publika.az xəbər verir ki, siyahıda ilk yerləri səudiyyəlilər tutub.
Siyahıda ilk yerdə 22,6 milyard dollarlıq sərvəti ilə əl-Vəlid bin Talal əl-Suud qərarlaşıb. Zəngin şahzadəni Jozef Safra ve Məhəmməd əl-Amudi izləyib. Siyahıda ümumilikdə Səudiyyə Ərəbistanın 41 vətəndaşı var.
Siyahıda Birləşmiş Ərəb Əmirliklərindən 6,4 milyard dollarlıq sərvəti ilə Abdullah bin Əhməd əl-Gureyr və ailəsi dördüncü olub. Bank, inşaat və qida kimi bir çox sektorda fəaliyyət göstərən əl-Gureyr “Forbes”in 2015-ci üçün hazırladığı dünya milyarderləri siyahısında 305-ci yerdən 220-ci yerə yüksəlmişdi.
Misir, Livan, Mərakeş və Əlcəzairdən də zənginlərin yer aldığı siyahıya livanlı almaz taciri Robert Muavad 1,5 milyard dollarlıq sərvəti ilə ilk dəfə daxil olub. Araşdırmaya görə, ən zəngin 100 ərəbin sərvəti 174,37 milyard dollardır. Neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, bu ötən illə müqayisədə 8,3 milyard dollar çoxdur.
Milyarder sayı isə ötən illə müqayisə dörd nəfər artıb və 49-a çatıb.
Ömər Dağlı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?