Putinin azərbaycanlı dostu milyarderlər siyahısından çıxarıldı - SİYAHI
Bizi izləyin

Ekopublika.az

Putinin azərbaycanlı dostu milyarderlər siyahısından çıxarıldı - SİYAHI

“Forrbes” Rusiyanın 200 ən varlı iş adamının sərvətini açıqlayıb. Son 5 ildə ilk dəfə “özbək” ləqəbli Əlişir Usmanov siyahının birincisi olmayıb. Bu dəfə milyarderlərə Vladimir Potanin rəhbərlik edir.

Publika.az xəbər verir ki, xarici mətbuatda Rusiya prezidentinin yaxın adamı kimi təqdim edilən Vladimir Potaninin 15,4 milyard dollar sərvəti var. Rusiyadakı 2014 böhranı onun sərvətini 2,8 milyard dollar artırıb. Siyahının ikincisi Mixayil Fridman olub. Üçüncü sırada Əlişir Usmanov yer alıb. Onun sərvəti 4,2 milyard dollar azalaraq 14,4 milyard dollar təşkil edib.

Siyahıda azərbaycanlı milyarderlərə gəlincə, “LukOil” şirkətinin prezidenti Vahid Ələkbərov siyahının 6-cısı olub. Onun sərvəti 1,4 milyard dollar azalaraq 12,2 milyard dollara düşüb. Əmlak kralları Zarax İliyev və Qod Nissanovun isə pulu, əksinə, artıb. Hər iki qubalının ayrı-ayrılıqda 4,3 milyard dolları var. Daha bir həmyerlimiz Araz Ağalarov 46-cı sırada qərarlaşıb. “Krokurs”un sahibinin 1,9 milyard dollar sərvəti var. Artım 0,1 milyard dollardır. Fərhad Əhmədov da siyahıda irəliləyib. Ötən il 69-cu sırada olsa da, bu il artıq 57-ci pillədədir. Sərvətinin həcmi nə artıb, nə də azalıb. F.Əhmədovun hazırda cəmisi 1,4 milyard dollar pulu var. “AST” Şirkətlər Qrupunun sahibi Telman İsmayılov bu dəfə 7 pillə geriləyərək 144 cü sırada yer alıb. Onun 0,57 milyard dollar sərvəti var. Sərvəti 0,15 milyard dollar azalıb. Diqqəti çəkən, ötən il adı siyahıya daxil edilən azərbaycanlı iş adamı İlham Rəhimovun bu dəfə siyahını tərk etməsidir.

Sonda qeyd edək ki, “Forbes”in qiymətləndirməsinə əsasən, 2014-cü ildə Rusiyanın dollar milyarderlərinin sayı 111-dən 88-ə düşüb. 200 nəfərdən 37 nəfəri sərvətini artıra bilib. 27 nəfər isə ötənilki vəziyyətlərini qoruyub saxlayıblar. Metallurgiya və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən iş adamlarına böhran elə də təsir etməyib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm