Qızıl həvəskarlarına şad xəbər
Bizi izləyin

Ekopublika.az

Qızıl həvəskarlarına şad xəbər

Azərbaycanda 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün 20 qram qızıl və 0,5 karat almazı gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirə biləcək.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.

Dəyişikliyə görə, 2.1.10-cu yarımbəndində “və 600 ədəd siqaret” sözləri “, 600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz” sözləri ilə əvəz edilib.

Əvvəlki qaydada isə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün 3 litr alkoqollu içki və 600 ədəd siqareti gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirə bilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm