Ötən il abadlaşdırmaya 229,7 mln. manat ödənilib
Bizi izləyin

Ekopublika.az

Ötən il abadlaşdırmaya 229,7 mln. manat ödənilib

Mənzil və kommunal təsərrüfatı xərcləri üzrə nəzərdə tutulan 457,1 mln. manat proqnoza qarşı 417,1 mln. manat və yaxud 91,2 faiz icra olunub.

Publika.az xəbər verir ki, 2013-cü illə müqayisədə 18,8 mln. manat və yaxud 4,7 faiz çoxdur. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də nəzərə alınmaqla, mənzil və kommunal təsərrüfatı xərclərinə dövlət büdcəsi xərclərinin 5,3 faizi həcmində və yaxud 1006,9 mln. manat vəsait ayrılıb.

Həmin bölmədən funksional təsnifat üzrə mənzil təsərrüfatı xərclərinə 97,9 mln. manat, kommunal təsərrüfatı xərclərinə 305,1 mln. manat (2013-cü illə müqayisədə 34,2 mln. manat və yaxud 12,6 faiz çox), su təsərrüfatına 13,6 mln. manat (2013-cü illə müqayisədə 2,1 mln. manat və yaxud 17,9 faiz çox), mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlərə 0,5 mln. manat vəsait yönəldilib. İqtisadi təsnifata uyğun olaraq mənzil və kommunal təsərrüfatı x ərclərindən abadlaşdırma xidmətləri haqqının ödənilməsinə 229,7 mln. manat (2013-cü illə müqayisədə 28,5 mln. manat və yaxud 14,2 faiz çox), məhsula görə ödənişlərə 39,4 mln. manat (2013-cü illə müqayisədə 0,3 mln. manat və yaxud 0,8 faiz çox), yolların əsaslı təmirinə 53,2 mln. manat (2013-cü illə müqayisədə 4,8 mln. manat və yaxud 9,9 faiz çox), mənzil fondunun əsaslı təmirinə 12,7 mln. manat (2013-cü illə müqayisədə 2,3 mln. manat və yaxud 22,1 faiz çox), istehsalat obyektlərinin əsaslı təmirinə 10,0 mln. manat, qeyri-maliyyə aktivlərinin alınmasına 19,4 mln. manat və sair xərclərə 52,7 mln. manat vəsait sərf edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm