Xarici borcların qaytarılmasına 378,9 mln. manat sərf edilib
Bizi izləyin

Digər

Xarici borcların qaytarılmasına 378,9 mln. manat sərf edilib

Bu ilin yanvar ayının birinə beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 10,2 mlrd. dollar məbləğində kredit sazişi imzalanıb.

Publika.az Maliyyə Nazirliyinə istinadən məlumat verir ki, sazişlər əsasında istifadə olunan kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği (borcalan

təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən) 6,5 mlrd. dolları olub.

Nəticədə xarici dövlət borcu ÜDM-in 8,6 faizini təşkil edib. İmzalanan müqavilələrə uyğun olaraq xarici dövlət borcunun 7,3 faizinin 10 ilədək olan müddətdə, 60,2 faizinin 10 ildən 20 ilədək olan müddətdə, 32,5 faizinin isə 20 ildən yuxarı olan müddətlərdə kreditorlara qaytarılması nəzərdə tutulur.

2014-cü ilin mart ayında ölkə tarixində ilk dəfə 1250,0 mln. ABŞ dolları məbləğində xarici valyuta nominallı dövlət qiymətli kağızları beynəlxalq maliyyə bazarlarında yerləşdirilib. Bütövlükdə, 2014-cü il ərzində ödəniş vaxtı çatmış xarici kreditlərin qaytarılması nəzərdə tutulmuş qaydada və vaxtında həyata keçirilib.

Hesabat ilində qanunvericiliklə təsdiq edilmiş daxili və xarici dövlət borcunun yuxarı həddi (limiti) gözlənilib.

Belə ki, xarici dövlət borcunun limiti 2000,0 mln. manat proqnoza qarşı 1748,9 mln. manat və yaxud 87,4 faiz (251,1 mln. manat az), daxili dövlət borcunun limiti isə 1200, mln. manat proqnoza qarşı 238,9 mln. manat və yaxud 19,9 faiz (961,1 mln. manat az) icra edilib. 2014-cü il dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üzrə 378,9 mln. manat vəsait istifadə olunub. Bu da 2013-cü illə müqayisədə 349,3 mln. manat (48,0 faiz) azdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm