İran neft hasilatını artırıb
Bizi izləyin

Digər

İran neft hasilatını artırıb

İranda neft hasilatı Qərbin sanksiyalarının tətbiqindən sonra ən yüksək rəqəmə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi məlumat yayıb. Agentlik bildirib ki, bu ilin aprelində İranda gündə 2 milyon. 880 min barel neft hasil edilib. Bu da 2012-ci ilin iyulundan bu yana ən yüksək göstəricidir.

Eyni zamanda, İraqda da neft hasilatının artımı yaşanıb. Bu ölkədə, gündə 3.8 milyon barel neft hasil edilir və bu son 30 il üçün rekord göstəricidir. Dünyanın ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı hasilatı bir qədər azaldıb,ancaq o hələ də gündə 10 milyon barel neft hasil etməyə davam edir.

Ümumilikdə, OPEK-in 12 üzvündə neft hasilatı apreldə gündə 31 milyon 210 min barel təşkil edib. Bu 2012-ci ilin sentyabrından ən yüksək göstəricidi və cari ayda 31 milyon barel səviyyəsində qalacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm