Sahibkarlara 80 mln manat kredit verilib
Bizi izləyin

Ekopublika.az

Sahibkarlara 80 mln manat kredit verilib

Bu il ərzində 2 200-ə yaxın sahibkara 80 mln. manat güzəştli kredit verilib.

Publika.az İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) istinadən bildirir ki, kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5 300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

SKMF-in icraçı direktoru Şirzad Abdullayevin sözlərinə görə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1767 investisiya layihəsinin maliyyələşdirilməsinə 93,4 mln. manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 8700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm