“İnvestorlar özləri kapital qoyuluşunda maraqlı olacaq”
Bizi izləyin

Ekopublika.az

“İnvestorlar özləri kapital qoyuluşunda maraqlı olacaq”

“I Avropa Oyunlarına minlərlə insan qatılacaq. Bu müddətdə gələn turistlərin təkrar gəlişi üçün onları cəlb etməliyik. Bundan əlavə turistlərin gəlişi xidmət sektorunun gəlirlərini artıracaq”.

Bunu Publika.az-a iqtisadçı-professor Əli Əlirızayev deyib.

“Bütövlükdə götürəndə bu prosesin iqtisadi əhəmiyyəti böyükdür. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan tanınacaq. Bizi sevməyən, düşmən olan ölkələr var. Onlar da görəcəklər ki, Azərbaycan inkişaf edir, belə gözəl şərait qurulub, ölkənin potensialı, milli sərvətləri var. Bu tədbirin özü turizm və onun inkişafı deməkdir. Bir daha qeyd edim ki, oyunların özü idman tədbiri olmaqla yanaşı turizm tədbiridir. Tikilən komplekslər gələcəkdə turistlər üçün əhəmiyyət kəsb edəcək. İndi dünya tarixində ilk Avropa Oyunlarının məkanı Azərbaycandır. Təbii ki, illər keçəcək və turistlər üçün ilk Avropa Oyunlarının keçirildiyi məkanlar da maraqlı gələcək. Biz də bu tarixi onlara göstərəcək, maraqlı anları nümayiş etdirəcəyik. Bütün bunlar tarix olacaq və turistlərə nümayiş etdirmək üçün maddi əşya hesab olunacaq”, - Əlirızayev əlavə edib.

Onun sözlərinə görə, “Bakı-2015” ölkəyə investisiya qoyuluşunu aktivləşdirəcək, iqtisadi mühiti, kapital qoyuluşu sahəsindəki potensialı üzə çıxaracaq: “Ona görə də investorlar özləri kapital qoyuluşunda maraqlı olacaq. Bu həm də psixoloji məqamdır, çünki böhran vaxtında Azərbaycanın bu cür genişmiqyaslı tədbirə ev sahibliyi etməsi də güclü potensiala malik olması deməkdir. Bu isə öz növbəsində dünya investorlarının diqqətindən yayına bilməz”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm