Xarici ticarət tərəfdaşı olan ölkələrdə orta illik inflyasiya 7.4% olub
Bizi izləyin

Digər

Xarici ticarət tərəfdaşı olan ölkələrdə orta illik inflyasiya 7.4% olub

Xarici ticarət tərəfdaşı olan ölkələrdə orta illik inflyasiya 7.4% təşkil edib. Bu da Azərbaycandakı inflyasiyadan 4.6 faiz bəndi çoxdur. Mərkəzi Bankın Beynəlxalq Valyuta Fondunun proqnozları əsasında apardığı hesablamalara görə 2015-ci ildə əsas ticarət tərəfdaşlarında orta illik inflyasiya 7.9% təşkil edəcək.

Publika.az MB-ya istinadən bildirir ki, 2015-ci ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 2.8% təşkil edib. İstehlak qiymətləri indeksinin komponentləri olan ərzaq qiymətləri 3.9%, qeyri-ərzaq qiymətləri 2.4%, xidmətlərin dəyəri isə 1.6% dəyişib. Hesablamalara görə 2.8%-lik orta illik inflyasiyanın 1.7% bəndi ərzaq məhsullarının, 0.6% bəndi qeyri-ərzaq mallarının və 0.5 faiz bəndi xidmətlərin qiymətinin artması ilə əlaqədar olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm