Ekopublika.az
Telman İsmayılov 100 milyon dollara hotelini geri aldı
Azərbaycanlı iş adamı Telman İsmayılovun sahibi olduğu dünyanın ən lüks hotellərindən “Mardan Palace”nin satışı ilə bağlı tender ləğv olunub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün keçirilən tenderdən bir neçə dəqiqə əvvəl Telman İsmayılov icraya 100 milyon dollar ödəyib. Bu ödəmədən sonra hotelin satışı ləğv olunub.
Antalya 4. İcra Müdirliyində keçirilən tenderdə yalnız SBK Holding qatılıb. İsmayılov borc kimi tapdığı 100 milyon dolları 4 il ərzində ödəyəcək.
Antalyanın Kundu sahilində inşa olunan hotelin açılışına Monika Beluççi, Peris Hilton, Meray Keri, Riçard Gir, Şeron Stoun kimi Hollivud ulduzları, həmçinin dünyanın ən məşhur foto model, maniken və müğənniləri də iştirak etmişdi. Böyük atəşfəşanlıqla açılışı olan hotel bütün dünya mətbuatının maraq dairəsinə düşmüşdü. Antalyanın ən lüks hoteli olaraq göstərilən “Mardan Palace” İstanbul Boğazı şəklində inşa edilib.
Qeyd edək ki, iş adamı hotelin tikintisinə 1,4 milyard dollar xərcləyib. “Mardan Palace” bələdiyyəyə olan borcları səbəbindən icra yolu ilə satışa çıxarılmışdı.
İqtisadiyyat şöbəsi
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."