BTC vasitəsilə 2 milyon 597 min 725 ton Azərbaycan nefti nəql edilib
Bizi izləyin

Ekopublika.az

BTC vasitəsilə 2 milyon 597 min 725 ton Azərbaycan nefti nəql edilib

İyun ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 597 min 725 ton Azərbaycan nefti nəql edilib.

Publika.az xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bu kəmərlə 14 milyon 544 min 284 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il iyul ayının 1-ə qədər BTC-yə 278 milyon 369 min 216 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin iyun ayında BTC kəməri ilə 343 min 394 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub. 015-ci ilin iyun ayı ərzində 2 milyon 797 min 573 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 841 min 720 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 milyon 510 min 833 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il iyul ayının 1-ə qədər Ceyhan limanından 276 milyon 449 min 923 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm