2018-ci ildə Rusiyanın Ehtiyat Fondu boşalacaq - RƏSMİ
Bizi izləyin

Ekopublika.az

2018-ci ildə Rusiyanın Ehtiyat Fondu boşalacaq - RƏSMİ

2018-ci ildə Rusiyanın Ehtiyat Fondunun həcmi 500 milyard rubl (təxminən 8,8 milyard dollar) təşkil edəcək.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Anton Siluanov deyib.

Hazırda isə fondda 4,3 trilyon rubl (təxminən 75,7 milyard dollar) var. Beləliklə, üç il ərzində fonddakı pulun həcmi 8,6 dəfə azalacaq.

Nazir qeyd edib ki, 2015-2017-ci illərdə büdcə kəsiri Ehtiyat Fondunun hesabına maliyyələşdiriləcək. Siluanov bildirib ki, neftin bir barrelinin qiyməti 70 dollar olarsa, Ehtiyat Fondunun yenidən doldurulması mümkün olacaq. Onun sözlərinə görə, yaxın üç ildə fondun bütün vəsaitini xərcləmək səhv olardı.

Ancaq bəzi proqnozlara görə, Rusiyaya qarşı sanksiyalar və neftin cari qiymətləri saxlanılarsa, Ehtiyat Fondu 2016-cı ildə tamamilə boşala bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm