İdman
Yunanıstanın maliyyə nazirindən Avropa İttifaqına sərt ittiham: “Yunanları alçaltmaq istəyirlər!”
Yunanıstanın maliyyə naziri Yanis Varufakis beynəlxalq kreditorların ölkəsinə qarşı münasibətini terrorizmlə müqayisə edib.
“Onların Yunanıstana qarşı etdikləri terrorizmdir”, - ispan qəzeti El Mundo-ya müsahibəsində nazir belə deyib.
Publika.az xəbər verir ki, maliyyə nazirinin fikrinə görə, Avropa İttifaqı və kreditorların məqsədi Yunanıstanı alçaltmaqdır.
“Bu gün Brüssel və “üçlük” kreditorları istəyirlər ki, Yunanıstanla “üçlük” arasında müqavilə tərfədarları referendumda qalib gəlsinlər. Bu, onlara yunanları alçaltmağa kömək edəcək”, - Varufakis belə deyib.
Qeyd edək ki, bazar günü Yunanıstanda ölkənin beynəlxalq kreditorların təkliflərini qəbul edib-etməməsi ilə bağlı referendum keçiriləcək. Yunanıstan hökuməti vətəndaşları müqavilə əleyhinə səs verməyə çağırır.
Bu arada, Avropa Maliyyə Sabitliyi Fondu Yunanıstanın kreditorlar qarşısında öz öhdəliklərini yerinə yetirmədiyi üçün texniki defoltda olduğunu bəyan edib.
Gülnar Əliyeva
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!