Meksika ilə divarın tikintisinin maliyyələşdirilməsi bu tarixdə başlanacaq
Bizi izləyin

ABŞ

Meksika ilə divarın tikintisinin maliyyələşdirilməsi bu tarixdə başlanacaq

ABŞ və Meksika arasında divarın tikintisinin maliyyələşdirilməsi martın 26-da başlanacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib.

“Biz 1,6 milyard dollar məbləğində birinci tranşı etdik”, -o deyib.

Qeyd edək ki, Meksika ilə sərhəd divarının tikintisi Trampın seçkiqabağı vədlərindən biridir. Onun sözlərinə görə, layihənin hədəfi narkotiklərin axını və qanunsuz miqrasiya ilə mübarizədir.

O, əvvəlki bəyanatlarından birində Meksikanı dünyanın ən təhlükəli ölkəsi adlandırıb.

Ağ Evin aparat başçısı Con Kellinin sözlərinə görə, Meksika ilə sərhəddə divarın tikintisi ABŞ-a təxminən 20 milyard dollara başa gələcək. Tramp seçkiqabağı kampaniyasında vəd vermişdi ki, Meksikanı divarın tikintisi üçün lazım olan vəsaiti ödəməyə məcbur edəcək. Lakin Meksika hakimiyyəti Vaşinqtona rədd cavabı verib.

Fevralın əvvəlində isə Donald Tramp Meksika ilə sərhəddə divarın tikintisi olmadan immiqrasiya islahatını dəstəkləməkdən imtina edib. Prezident “Tvitter” səhifəsində yazıb ki, DACA proqramının vaxtının uzadılması (qanunsuz miqrantların övladlarının ABŞ ərazisində qalmasına icazə verən proqram –red.) divarın tikintisi üçün vəsaitlərin ayrılması vaxtı mümkün deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm