Tramp transqenderlərlə bağlı sənədi imzaladı
Bizi izləyin

ABŞ

Tramp transqenderlərlə bağlı sənədi imzaladı

ABŞ prezidenti Donald Trump hər iki cinsdən olan transgenderlərin orduda xidmətini qadağan edən sənədi imzalayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ağ Evin xəbərində deyilir.

Prezident qərarı müdafiə naziri və hərbi ekspertlərin tövsiyəsinə əsasən qəbul edib. Sənədə əsasən, “gender disforiyasından” əziyyət çəkən insanların orduda xidmət etməsinə icazə verilmir, həmçinin Müdafiə Nazirliyinin (Pentaqon) orduda cinsin dəyişdirilməsinə görə xərcləri ödəməsi qadağan edilir.

Qərar onunla əsaslandırılıb ki, transgenderlərin orduda xidməti hərbçilərin effektivliyi üçün əhəmiyyətli risk təşkil edir. Sənədin mətninə əsasən, müəyyən şərtlərlə istisnalar ola bilər.

Keçmiş prezident Barak Obama administrasiyası 2016-cı ildə transgenderlərin orduda xidmətinə qoyulmuş qadağanı ləğv etmişdi, amma onun reallaşdırılması 1 iyul 2017-ci ilə qədər təxirə salınmışdı. ABŞ-ın müdafiə naziri Ceyms Mettis iyulun 1-də qadağanın ləğvinin müddətinin altıaylıq uzadılmasını bəyənib.

Müxtəlif qiymətləndirmələrə görə, ABŞ ordusunda 1,3 mindən 6 minə qədər transgender xidmət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm