Pompeo: "Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməliyik"
Bizi izləyin

ABŞ

Pompeo: "Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməliyik"

Trampın dövlət katibi postuna namizədi Maykl Pompeo qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, Senat qarşısında dindirilən M.Pompeo namizədliyi təsdiqlənərsə, ilk növbədə Rusiya ilə ABŞ arasındakı məsələləri həll edəcəyini deyib: "Türkiyənin Afrinə daxil olması üçlü zirvənin işini daha da çətinləşdirib. Suriyanı paylaşmaq üçün dəfələrlə bir araya gələn Rusiya, İran və Türkiyə yekun qərar qəbul edə bilmir. Biz Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməliyik".

Komitə qarşısında çıxış edən M.Pompeo qeyd edib ki, Rusiyanın yeritdiyi ikili siyasəti onların özlərinə qarşı yeritmək lazımdır.

"Rusiya ilə Suriya mövzusunda danışıqlar aparmaq olar. Həqiqi addımlar atmağın vaxtı gəlib. Ərdoğan, Putin və Ruhaninin Suriya mövzusunda keçirdikləri görüş heç bir nəticə verməyib. Onsuz da son dərəcə mürəkkəb olan vəziyyətdə Türkiyənin tamamilə Afrinə girməsi işin içinə əlavə çomaq soxdu. Amma ABŞ daha real təkliflərlə bu danışıqların bir parçası ola bilər"- deyə əlavə edib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm