ABŞ-dan Suriya BƏYANATI - Zərbələr davam etdiriləcək
Bizi izləyin

ABŞ

ABŞ-dan Suriya BƏYANATI - Zərbələr davam etdiriləcək

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Suriyada həyata keçirdiyi əməliyyatlarla bağlı məlumat yayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, məlumatda hava hücumunun bugünlük başa çatdığı bildirilib.

Pentaqonun məlumatında Suriyanın yenidən vurulacağı siqnalı da verilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyaya kimyəvi hücumla bağlı bəyanat verib. Bu gün ABŞ, İngiltərə və Fransa Suriyaya 100-dən çox qanadlı raket atıb. Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr Qırmızı və Aralıq dənizlərinin akvatoriyaların, həmçinin Et-Tanf aerodromundan endirilib. Nazirliyin məlumatına görə, raketlərin çoxu hədəfinə çatmadan zərərsizləşdirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm