ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Bizi izləyin

ABŞ

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ prezidenti Donald Tramp Rusiya barəsində yeni sanksiyaların tətbiqi planını hazırlamaq barədə tapşırıq verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, yeni sanksiyaların tətbiqi ehtiyacı “Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında” müqavilənin müddəalarının pozulması ilə bağlı yaranıb.

Qeyd edək ki, “Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında” müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb. Rusiya və ABŞ dəfələrlə bir-birini sazişin pozulmasında günahlandırıb.

ABŞ prezidenti Donald Tramp sazişin imzalanmasının 30-cu ildönümü (2017-ci il dekabrın 8-i - red.) münasibəti ilə elan etmişdi ki, Rusiyanı müqaviləyə riayət etməyə məcbur etmək üçün iqtisadi və hərbi addımlar atılacaq. Rusiya prezidenti Vladimir Putin isə cavab vermişdi ki, ABŞ müqavilədən çıxmağa hazırlaşır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm