ABŞ Moskvanı sanksiyalarla hədələdi – “ŞİMAL AXINI-2”
Bizi izləyin

ABŞ

ABŞ Moskvanı sanksiyalarla hədələdi – “ŞİMAL AXINI-2”

Birləşmiş Ştatlar Rusiyadan Almaniyaya çəkilməsi nəzərdə tutulan “Şimal axını -2” qaz kəməri layihəsinin reallaşdırılmasına qarşı sanksiyaları tətbiq edə bilər.

Publika.az “Spiegel” nəşrinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Dövlət Departamentinin energetika şöbəsinin direktor müavini Sandra Oudkirk bildirib.

Oudkirk qeyd edib ki, ABŞ işin sanksiyalara qədər çatmayacağına ümid edir. Sanksiyaların hədəfinə gəlincə, o bildirib ki, Vaşinqton geosiyasi və energetika səbəblərini əsas tutur.

M ənbələrə istinadən Almaniyanın N-TV telekanalı bildirib ki, ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkeli “Şimal axın-2” qaz kəmərinin tikinti layihəsinə dəstək verməkdən imtina etməyə inandırırdı. Bu məsələ ABŞ və Almaniya liderləri arasında aprelin sonunda Vaşinqtonda keçirilən danışıqlarda müzakirə edilib. Tramp layihədən imtinaya əvəz olaraq Avropa İttifaqına qarşılıqlı ticarət üzrə yeni razılaşmaları təklif etməyə hazır idi.

“Şimal axın-2” Rusuyadan Almaniyaya çəkilməsi planlaşdırılan qaz kəməri layihəsidir. Kəmər Baltika dənizinin dibi ilə çəkilməlidir. Layihənin ümumi gücü ildə 55 milyard kubmetr qiymətləndirilir. Boru kəmərinin 2019-cu ildə istismara verilməsi planlaşdırılır.

Daha əvvəl Ukraynanın Xarici İşlər Nazirliyi bildirib ki, “Şimal axını-2” Almaniyaya öz siyasətini diktə etməyə imkan verəcək.

“Şimal axını-2” faktiki olaraq Almaniyanı qazın böyük bazarına çevirəcək. Və Almaniya öz siyasətini diktə edəcək. Ən azından, onlar Macarıstan və başqa kiçik ölkələr də daxil olmaqla, Avropaya tamamilə nəzarət edəcəklər”, - Ukraynanın “Beşinci kanalı”nın efirində Ukraynanın Xarici İşlər Nazirliyinin başçısının müavini Yelena Zerkal bildirib.

Aprelin 5-də Ukrayna Ali Radası başqa ölkələrin parlamentləri və hökumətlərini qaz kəmərinin tikintisinə mane olmağa çağırıb. Kiyevdə hesab edirlər ki, “Şimal-2” axını Avropanın qaz bazarında Rusiyanın inhisarçılığına hesablanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm