Ağ Ev: “Tramp Kim Çen Inla görüşə hazırdır”
Bizi izləyin

ABŞ

Ağ Ev: “Tramp Kim Çen Inla görüşə hazırdır”

ABŞ prezidenti Donald Tramp əvvəlki kimi Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev nümayəndəsi Sara Sanders açıqlama verib. Onun sözlərinə görə, Tramp ABŞ - KXDR sammitindən əvvəl Cənubi Koreya prezidenti Mun Çje İnlə görüşəcək.

Qeyd edək ki, ABŞ və KXDR liderlərinin görüşünün iyunun 12-də Sinqapurda keçiriləcəyi gözlənilir. KXDR bir neçə gün əvvəl ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlər keçirməsi səbəbindən görüşdən imtina edəcəyi ilə hədələyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm