АBŞ-da məktəbdə atışma: 10 ölü, 10 yaralı - VİDEO/FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

ABŞ

АBŞ-da məktəbdə atışma: 10 ölü, 10 yaralı - VİDEO/FOTO - (YENİLƏNDİ)

ABŞ-ın Santa-Fe şəhərində məktəbdə baş verən silahlı insident nəticəsində 10 nəfərin öldüyü təsdiqlənib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, daha 10 nəfər yaralanıb.

***

ABŞ-ın Texas ştatında Santa-Fe şəhərində məktəbdə atışma baş verib.

Publika.az xəbər verir ki, bu haqda CBS telekanalı bildirib.

Atışma nəticəsində 8 məktəbli həlak olub. Zərərçəkənlərin sayı haqqında informasiya dəqiqləşdirilir.

Hücum edən şəxs saxlanılıb. Məktəblilər və müəllimlər yaxınlıqdakı idman kompleksinə təxliyə olunub.

Yerli AVS13 telekanalı isə mənbələrinə istinadən bildirib ki, hücum edən şəxsin məktəbin şagirdi olduğu təxmin edilir.

“İndi bizə təsdiq etdilər ki, səkkiz nəfər həlak olub. Onların müəllim, yaxud da məktəbli olduğunu bilmirik”, - aparıcı deyib.

Telekanalın məlumatına görə, binada hadisədən əvvəl yanğın siqnalizasiyası işləyib və atışma şagirdlər siniflərdən çıxdıqdan sonra başlanıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm