Trampla Mun Çje İn arasındakı telefon danışığının DETALLARI açıqlandı
Bizi izləyin

ABŞ

Trampla Mun Çje İn arasındakı telefon danışığının DETALLARI açıqlandı

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşünü Cənubi Koreya lideri ilə müzakirə edib.

Publika.az xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, ABŞ lideri ötən gün Cənubi Koreya prezidenti Mun Çje İnlə telefon danışığı aparıb. Liderlər öz aralarında Şimali Koreyadakı son hadisələri müzakirə ediblər. Bundan başqa, D.Tramp Kim Çen İn ilə görüşü baş tutana qədər Cənubi Koreya ilə sıx əlaqələrin vacibliyini vurğulayıb.

Xatırladaq ki, D.Tramp bundan əvvəl KXDR lideri ilə görüşünün iyunun 12-də Sinqapurda baş tutacağını bildirib. Pxenyan daha sonra xəbərdarlıq edib ki, əgər ABŞ Koreya yarımadasının birtərəfli şəkildə nüvəsizləşdirilməsini tələb etməkdə davam edərsə, onda KXDR planlaşdırılan görüşdən imtina edəcək.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm