III Dünya müharibəsi... - Pentaqonun Rusiyanı iflic edəcək planı ORTAYA ÇIXDI - VİDEO
Bizi izləyin

ABŞ

III Dünya müharibəsi... - Pentaqonun Rusiyanı iflic edəcək planı ORTAYA ÇIXDI - VİDEO

“ABŞ çətin ki, Rusiya tərəfindən genişmiqyaslı müdaxilə halında Ukraynanın ərazisinə öz bölmələrini göndərsin, amma bundan daha əhəmiyyəti kömək göstərə bilər”.

Publika.az xəbər verir ki, bunu “ObozTV”nin efirində “Müharibənin hədləri” proqramında ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin birinci dərəcəli kapitanı Harri Tabax bildirib.

“Qoşunları göndərmək çox mürəkkəb prosesdir. Konqresin icazəsi və digər faktorlar var. Biz II Dünya müharibəsində, yaxud da Vyetnamdakı kimi vuruşmuruq. Artıq kosmos və peyklərin də iştirakı ilə tamamilə başqa müharibə gedir. Biz ukraynalılara haranı və necə güllələmək lazım olduğunu, təhlükənin haradan çıxdığını göstərə bilərik”, - amerikalı zabit bildirib.

Kapitan Ukrayna silahlı qüvvələrinin 2014-cü ildəki ordu olmadığını sözlərinə əlavə edib.

Onun fikrincə, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) dünyanın hər hansı nöqtəsində silahlı qarşıdurma hadisəsi üzrə müxtəlif planlara malikdir:

“Pentaqonda planlar çoxdur. Biz bilirik ki, Ukraynada müharibə başlansa, necə hərəkət etmək lazımdır. Çünki Ukrayna və Rusiya indi silahlı konfliktdədir. Biz nəsə etməyə hazır olmalıyıq ki, Üçüncü dünya müharibəsi başlamasın”.

Eyni zamanda, Tabax NATO-nun belə vəziyyətdə qoşunların daxil edilməsinə qədər bir çox aktiv hərəkət edə biləcəyini istisna etməyib.

“Yəqin, belə plan var. Çünki, Ukrayna NATO-nun dostu hesab edilir, Brüsseldə NATO-nun qərargahında Ukrayna silahlı qüvvələrinin nümayəndələri var”, - o yekunlaşdırıb.

Daha əvvəl “Obozrevatel” nəşrinə danışan hərbi ekspertlər bildiriblər ki, ABŞ “Javelin” tank əleyhinə raket komplekslərinin ardınca Kiyevə daşınabilən zenit-raket komplekslərini çatdıra bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm