"Yer üzünün məzardan başqa beşiyi yoxdur" - KƏLAMLAR
Bizi izləyin

Art

"Yer üzünün məzardan başqa beşiyi yoxdur" - KƏLAMLAR

Biz heç vaxt ölməyəcəkmişik kimi yaşayırıq.

Biz heç vaxt ölməyəcəkmişik kimi yaşayırıq. Halbuki, ölüm bir addımlığımızdadır.

Publika.az ölüm haqqında söylənmiş ən ibrətamiz aforizmləri təqdim edir:

*Ölüm gələcək deyə acı çəkmək ən böyük axmaqlıqdır. Ölüm varkən biz yoxuq. Biz var olanda isə ölüm olmur. Onunla heç vaxt qarşılaşmayacağıq. (Epikür)

*Dünyaya gəldiğimiz gündən etibarən bir tərəfdən yaşamağa, digər tərəfdən ölməyə başlayırıq. (Mişel Monten)

*Ölümün bizi harada gözlədiyi məlum deyil, yaxşısı budur, biz onu hər yerdə gözləyək. (Mişel Monten)

*Ölüm köhnə bir şeydir, lakin hər insana yeni görünür. (Turqenev)

*Ölümdən qorxmaq da, onun barədə düşünmək də ayıb deyil. (Nazım Hikmət)

*Tanrı sevdiklərini tez öldürür. (Bayron)

*Ölüm qorxusu onun özündən daha qorxuncdur. (Seneka)

*Sağ qalmayacağını hər kəs bilsə də, özünün öləcəyinə heç kim inanmaq istəmir. (Namıq Kəmal)

*Ən yaxşı ölüm gözlənilməyən ölümdür. (Yuli Sezar)

*Yer üzünün məzardan başqa beşiyi yoxdur. (Firdovsi)

* Uzun həyat ən yaxşı həyatdır, qısa çəkən ölüm isə ölümlərin ən yaxşısıdır. (Mişel Monten)

*Ölüm olmasaydı, həyatın bütün gözəlliyi itərdi. (Qoqol)

*Ölümə hazırlaşmağın tək yolu həiqqətlərlə dolu ömür sürməkdir. (Tolstoy)

*Qorxaqlar əcəlləri gələnə kimi bir neçə dəfə ölər, cəsurlar isə ölümü bir dəfə dadar. (Şekspir)

*Ölümdür bu, nə hökmdar tanıyır, nə də təlxək. Hamını iştahla udur. (Viktor Hüqo)

*Ölümdən o tərəfə heç nə yoxdur. Ondan bu tərəfdə isə sadəcə kədər var. (Budda)

*Ölümlə yuxu qardaşdır. (Oskar Uayld)

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm