Dahilərin müharibə haqqında AFORİZMLƏRİ
Bizi izləyin

Art

Dahilərin müharibə haqqında AFORİZMLƏRİ

Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.

Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı törədilmiş soyqırımdır.

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban verib.

Publika.az bu dəhşətli hadisənin 25-ci ildönümü münasibətilə sülh və müharibə haqqında aforizmlər təqdim edir:

*Bu günümüzün necə olmasından asılı olmayaraq, bizim sabahımız sülhdür. (V. Hüqo)

*Sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir. (V.Hüqo)

*Müharibə analar üçün ən dəhşətli lənətdir. (Qoratsi)

*Müharibənin nəticələri həmişə böyük fəlakət və ümumi əxlaq pozğunluğuna gətirib çıxaracaq. (Lev Tolstoy Nikolayeviç)

*Yadelli qəsbkarlara qarşı hər cür üsyan hər bir xalqın birinci borcudur və bu, qanunidir. (Stendal)

*Pulları məhv etmək, müharibələri məhv etmək deməkdir. (Siseron)

*Müharibə qadınlara və kişilərə eyni dərəcədə təsir göstərir. Lakin bəzilərinin qanını, bəzilərinin isə göz yaşlarını alır... (Tekkerey Uilyam)

*Müharibə siyasətin başqa vasitələrlə davamıdır. (K. Klauzeviç)

*Azadlıq uğrunda hər cür müharibə müqəddəsdir, işğalçılıq isə lənətə layiqdir. (J. Lakorder)

*İnsanları öldürmək üçün kəşf edilən güllə, top, bomba, raket, barıt və digər silahlardan daha dəhşətli nə ola bilər? (Lev Tolstoy Nikolayeviç)

*Hərbi qüvvələr ölkənin müdafiəsi üçün kifayət deyil, bununla yanaşı, özünü müdafiə edən xalq məğlubedilməzdir. (Napoloen Bonapart)

*Əgər biz sülh içində yaşamaq istəyiriksə, mütləq mübarizə aparmaq lazım gələcək. (Siseron)

*Düşmənin gücünü qiymətləndirməməkdən böyük bəla yoxdur. (Lao –Çzı)

*İncəsənətdə və ədəbiyyatda olduğu kimi, müharibəni də böyük pullar idarə edir. (Batler Samuel)

*Döyüşdə növbə və dəstək yoxdur. Nə vaxt ki, düşmənin öhdəsindən gələcəksən, xidmət də o zaman qurtaracaq. (Suvorov)

*Müharibə dövlət xəzinəsini tükədəcək. Məgər məğlublardan alınanlar onun yerini doldura bilər? Qədim romalılardan başlayaraq, mən heç bir xalqın qələbə sayəsində varlandığını eşitməmişəm. (Volter)

*"Sən" və "mən" anlayışı olmasa idi, indi dünyaya sülh hakimlik edirdi. (Fildinq Henri)

*Müharibə gələndə bütün qanunlar susur. (Lukan Mark Anney)

*Böyük məsələlər qətnamə və danışıqlarla deyil, dəmir və qanla həll edilir! (Otto fon Bismark)

*Qazanmaq idarə etməkdən asandır. Müvafiq vasitənin köməyilə dünyanı bir barmaqla sarsıtmaq olar. Amma onu saxlamaq üçün Herakl çiyinləri lazımdır. (Jan-Jak Russo)

*Pullar müharibənin beynidir. (Siseron)

*Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban olur!

*Sülh vaxtı adam öldürmək cinayət, müharibə zamanı qəhrəmanlıq sayılır!

*Heyvanlar müharibə etməyi bacarsaydı, ilk müharibələri insanlara qarşı olardı!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm