Əli şəfalı həkim, üzü nurlu ağsaqqal, incə qəlbli şair
Bizi izləyin

Art

Əli şəfalı həkim, üzü nurlu ağsaqqal, incə qəlbli şair

Aprel ayının 23-də tanınmış həkim, ziyalı, el ağsaqqalı Sabir Mirzəyevin doğum günüdür. Sabir həkim 1946-cı ildə İrəvan, Göyçə və Qazax mahallarının qovuşduğu bir yerdə – Dilican Dərəsinin Polad kəndində el ağsaqqalı, maarifpərvər və şair Məhəmməd Mirzəyevin ailəsində dünyaya göz açıb.

O, N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun stomotologiya fakültəsini bitirib. 1967-69-cu illərdə Şamaxının Göylər kəndində əvvəlcə stomotoloq, sonra isə baş həkim kimi çalışıb. 1972 –ci ildə Azərbaycan Tibb İnstitunun “Ortopedik stomotologiya” kafedrasında klinik ordinator, sonra da assisent işləyib. 1975-ci ildən bu günədək həmin təhsil ocağında həkim-ortoped kimi çalışır.

Müstəqil Azərbaycan və Odlar Yurdu universitetlərində dərs deyən, dəfələrlə keçmiş SSRİ-nin təkmilləşmə kurslarında və yaradıcılıq ezamiyyətlərində olan Sabir həkim öz işinin mahir ustasıdır. O, neçə-neçə insana sevinc bəxş edib...

Sabir həkim layiqli övlad, yaxşı qardaş və qayğıkeş atadır. O, heç vaxt mərhum ata-anasını diqqətdən kənarda qoymayıb. İşi nə qədər çox olsa da hər həftə onlara baş çəkər, hal-əhvallarından xəbər tutardı. O, özündən sonra Bakıya oxumağa gələn bacı-qardaşlarına dayaq olub, onların ata-babalarına layiq ziyalılar kimi yetişməsi üçün xeyli əmək sərf edib. Öz övladlarını da layiqli vətəndaş kimi yetişdirib. Sabir həkimin qızları Nərgiz və İradə atalarının yolu ilə gedərək həkimlik sənətini seçiblər. Nərgiz xanım Azərbaycan Tibb Universitetinin dosentidir. İradə xanım isə yaxşı kardioloq kimi ad-san qazanıb.

Oğlu Fərhad isə hüquqşünaslıq sənətini seçib. Hüquq elmləri doktorudur, nüfuzlu bir beynəlxalq hüquq firmasına rəhbərlik edir. Fərhad Notingem Universitetinin magisturaturasını bitirib. Londonun Lester universitetində doktorluq dissertasiyası müdafiə edib. O, İngiltərədə beynəlxalq hüquq üzrə doktorluq dərəcəsi alan ilk azərbaycanlıdır.

Sabir həkimin həm də yaxşı təbi var. Onun zərif şeirlərində insanı düzlüyə, saflığa səsləyən fikirlər yer alıb.

Dəyərli ziyalımızın doğum gününü təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.

Mövlud Mövlud

Oxumağa davam et
Reklam
Reklam

Gündəm