• USD 1,7001 0,00% EUR 2,0063 +0,31%
    • GBP 2,2469 +0,21% RUB 0,0296 -0,34%

Gəncənin icra başçısı kinoteatrın açılışında – FOTOLAR

  • Art
  • 2 May 2016 15:45
  • 1 147 Baxış
Gəncənin icra başçısı kinoteatrın açılışında – FOTOLAR

Gəncə şəhərində ilk dəfə yeni və müasir standartlara cavab verən "CinemaPlus" Premium kinoteatrının açılış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatı Naqif Həmzəyev, kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə, ictimaiyyət xadimləri, o cümlədən, media nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadənin sözlərinə görə, Gəncə şəhəri Nizami Gəncəvi küçəsində yerləşən "Xəmsə park" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində olan kinoteatr bütün lazımi avadanlıqlarla təmin olunub. 5 zallı və ümumi oturacaq sayı 460 nəfərlik kinoteatr 3D texnologiyaları ilə təchiz edilib: “Kinoteatrda filmlər Azərbaycan və rus dillərində nümayiş olacaq. Bütün dünyada yayımlanan ən son filmlər Gəncə də izlənəcək. Kinoteatrda filmlərlə yanaşı qala gecələri və təqdimatlar da keçiriləcək”.

Daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edib. Gəncə şəhər icra başçısı Elmar Vəliyev yeni kinoteatrın açılışını əlamətdar hadisə kimi dəyərləndirib: "Yeni açılmış "CinemaPlus” kinoteatrı gənclərin vaxtını səmərəli keçirməsi üçün daha çox önəmlidir. Gəncə şəhəri Avropanın Gənclər paytaxtı seçilib. May ayının 3-dən 5-nə kimi şəhərimizdə Avropa Gənclər paytaxtı layihəsinin ilk açılış mərasimi baş tutacaq, böyük festival keçiriləcək. Şəhərimizə 200-dən çox Avropa və digər ölkələrin vətəndaşları gələcək. Bir sözlə, bu il şəhərimiz çox qaynar olacaq. Hesab edirəm ki, bu kinoteatrın açılışı da çox uyğun vaxta təsadüf edib. Bundan başqa bizim bu ilin sonuna kimi plana uyğun olaraq 3 "Cinema Park"ımız fəaliyyət göstərəcək. 2017-2018-ci illərdə "Gəncə Mall" böyük ticarət mərkəzi istifadəyə veriləcək. Orada bu cür 5-dən artıq kinoteatr fəaliyyətə başlayacaq”.

Cəvahir

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>