İranlı sənətçilər Lənkəran teatrında ustad təlimləri keçib
Bizi izləyin

Art

İranlı sənətçilər Lənkəran teatrında ustad təlimləri keçib

İranın Tehran şəhərindən dəvət olunmuş teatr mütəxəssisləri Xeyrullah Təğyənipur, Əli Süleymani, Məhəmməd Ətayi və Cavad Nuri Lənkəran Dövlət Dram Teatrının gənc aktyorları üçün ustad təlimləri keçiblər.

Publika.az xəbər verir ki, üç gün müddətində iranlı sənətçilər Lənkəran Teatrının gənc aktyorlarına səhnə hərəkətlərinin bir sıra xüsusiyyətlərini əyani olaraq öyrədiblər. Teatrın direktoru Tofiq Heydərov bildirib ki, iki gündən sonra truppamız Bakıda Gənc Tamaşaçılar Teatrının səhnəsində Eduardo de Filippononun “Ruhlar” və Bəhrəm Beyzayinin “İlan Sultan” tamaşaları ilə çıxış edəcək.

Bu sənət imtahanı ərəfəsində gənc aktyorlarımız üçün ustad təlimlərinin keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. İnanıram ki, gənclərimizin öyrənib, əxz etdikləri Bakıdakı çıxışları zamanı köməklərinə çatacaq.

T.Heydərovun sözlərinə görə, İranın teatr mütəxəssisləri və sənət kollektivləri ilə Lənkəran teatrının əlaqələri bundan sonra da davam etdiriləcək:”Bizim qonşu ölkədəki həmkarlarımızla çoxlu müştərək layihələrimiz nəzərdə tutulub. Gələcəkdə tamaşalarımızı İranın şəhərlərində oynamağı nəzərdə tutmuşuq”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm