“Yuğ”da “Sufi arzuları”
Bizi izləyin

Art

“Yuğ”da “Sufi arzuları”

Yuğ Dövlət Teatrı mayda Mikayıl Mikayılovun quruluşunda hazırlanan “Medeya. Sekvensiya 01” tamaşasının premyerasına hazırlaşır. Tamaşanın məşqləri yekunlaşmaq üzrədir.

Teatrdan Publika.az-a bildirilib ki, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında hazırlanan “Medeya. Sekvensiya 01” tamaşasında əməkdar artistlər – Sonaxanım Mikayılova və Gülzar Qurbanova iştirak edirlər. Tamaşanın quruluşçu rəssamı Umay Minnurdur.

Mayın sonlarında premyerası gözlənilən növbəti tamaşa Azərbaycan poeziya nümunələri əsasında hazırlanan “Rindü-Şeyda”dır. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında hazırlanan tamaşada Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov iştirak edirlər.

Xəbər verdiyimiz kimi, Yuğ Dövlət Teatrı İngiltərənin Aloff Teatrı ilə birgə layihə həyata keçirir. Layihə çərçivəsində ingilis rejissor Matthew Zak Panesh H.İbsenin “Oyuncaq ev” pyesinin adaptasiya variantı əsasında eyniadlı tamaşa hazırlayır, tamaşada Yuğ Teatrının aktyorları – Natəvan Qeybani, Amid Qasımov, Könül Cəfərzadə, Elgün Həmidov və Oqtay Mehdiyev iştirak edirlər. Tamaşanın məşqləri may ayının əvvəllərində başlayacaq. Mayın sonlarında premyera nəzərdə tutulur.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm