Kulinarlar bayram etdi
Bizi izləyin

Art

Kulinarlar bayram etdi

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM), Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə AMKM-in 25 illiyinə həsr edilmiş tədbir keçirilib.

Publika.az xəbər verir ki, hökumət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus təmsilçiləri, ictimaiyyət nümayəndələri, və tanınmış kulinarlar iştirak etdiyi mərasimə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də qatılıb. Nazir çıxış edərək Azərbaycan mətbəxinin qədim tarixindən söhbət açıb.

Nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın AMKM-in 25 illiyi münasibətilə təbrik ünvanını Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi Tahir Əmiraslanova təqdim edib.

Tahir Əmiraslanov qurumun 25 illik fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib.

Tədbirdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən Azərbaycan milli kulinariya sahəsinin əməkdaşlarına medallar, həmçinin nazirlik tərəfindən bir qrup əməkdaşa Fəxri fərmanlar da təqdim edilib.

İlknur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm