Art
Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivaldan qayıtdı
Türkiyənin Trabzon şəhərində keçirilən XVII Qara Dəniz Ölkələri Beynəlxalq Teatr Festivalında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun rəhbərliyi ilə uğurla iştirak edən yaradıcı heyəti artıq Vətənə dönüb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, mayın 2-dən start götürən festivalın açılış mərasimində Türkiyə Respublikasının Dövlət Teatrları İdarəsinin müdiri Necat Birecik, Trabzon Böyük Şəhər Bələdiyyə sədri Orxan Fevzi Gümrükçüoğlu və Trabzon valisi Abdil Celil Öz çıxış edərək festivalda iştirak edən teatr kollektivlərinə uğurlar arzu ediblər. Çıxış edənlər zəngin adət-ənənəyə, mədəniyyətə, ədəbiyyata malik olan Trabzonun bu irsinin gələcək nəsillərə ötürülməsində festivalın əhəmiyyətini vurğulayıblar.
Sonra Trabzon Dövlət Teatrı istiqamətində yürüş edən festival iştirakçılarını bir sıra tarixi qəhrəman personajları müşayiət edib.
Festivalın ilk günü Ankara Dövlət Teatrının aktyorlarının ifasında “Nəşə, Dərd, Eşq” adlı tamaşa nümayiş etdirilib.
Festivalın ikinci günündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində rumın dramaturqu Matey Vişnekin “Qocakloun” tamaşası ilə çıxış edib. Sürəkli alqışlarla qarşılanan tamaşa festival iştirakçıları tərəfindən xüsusilə bəyənilib. Tamaşa festivalın diplomu və xüsusi mükafatına layiq görülüb.
Məlumat üçün bildirək ki, 18 gün davam edəcək festivalda dünyanın bir çox ölkələrindən nüfuzlu teatr kollektivləri iştirak edir.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom