• USD 1,7008 +0,01% EUR 1,9972 -0,29%
    • GBP 2,1893 -0,72% RUB 0,0284 0,00%

Ramiz Rövşən Musa Yaquba qonaqlıq verdi – Ad günü

  • Art
  • 10 May 2016 12:45
  • 777 Baxış
Ramiz Rövşən Musa Yaquba qonaqlıq verdi – Ad günü

Taleyin qisməti rast saldı bizi,

Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə, bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa.

...Bu əllər mənimki olmayacaqsa,

Bu tellər mənimki olmayacaqsa
Sən Allah, özünə öyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni…

Bu məşhur sətirlərin məşhur müəllifi, sevilən şair Musa Yaqubun doğum günüdür.

Publika.az xəbər verir ki, şairin nə az, nə çox – düz 79 yaşı tamam olur.

Təəssüratlarını bizimlə bölüşən Musa Yaqub doğum günü təbriklərinin əslində dünəndən başladığını dedi: “Dünən Ramiz Rövşən, Ramiz Həsənoğlu başda olmaqla digər dostlarım yığışdıq, mənə doğum günü məclisi təşkil elədilər. Əslində mən təm-tərağı o qədər də sevən adam deyiləm. Buna görə də 79 yaşımı qeyd etməyəcəm. Qismət olsa, gələn il 80 yaşımı qeyd edərik”.

Hədiyyə ilə arası olmayan Musa Yaqub doğum günü hədiyyəsini övladlarından alıb.

Cəvahir

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR