• USD 1,7008 0,00% EUR 2,0081 +0,46%
    • GBP 2,1911 +0,05% RUB 0,0288 0,00%

Musiqili Teatr “Brodvey” layihəsininə başladı

  • Art
  • 10 May 2016 16:45
  • 246 Baxış
Musiqili Teatr “Brodvey” layihəsininə başladı

Azərbaycan Dövlət Musiqili Teatrı Amerika Birləşmiş Ştatlarının məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” proqramının Azərbaycan versiyasını təqdim edəcək.

Musiqili Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu Publika.az-a bildirib ki, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.

“Company-E” şirkətinin əməkdaşları ilə Dövlət Musiqili Teatrı kollektivinin – xor, balet truppasının, orkestr və aktyor heyətinin birgə məşqlərinə start verilib. Bu münasibətlə “Company-E” şirkətinin rəhbər və yaradıcı heyətinin təmsilçiləri - Pol Qordon Emerson (produser), Amikaelya Qaston (produser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor), Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor), Vanessa Oven (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Abi Lishart (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Tami Hol (musiqi qrupu rəhbəri və dirijor), Robert Priori (xoreoqraf, rəqqas, müəllim), Kyoko Ruş (rəqqas) və Diana Amalfitano (rəqqas) Azərbaycana gəliblər.

Dövlət Musiqili Teatrında qonaqları qarşılayan teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev iki ölkə arasındakı mədəni, siyasi dostluq əlaqələrindən danışaraq layihənin həyata keçirilməsi üçün hər bir şəraitin yaradıldığını bildirib. Sonra qonaqlar teatrın inzibati binası – səhnə, tamaşa və məşq zalları ilə tanış olublar. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil işləri üzrə Müşaviri xanım Emi Pitersen Musiqili Teatrda “Brodvey ” komandası üçün yaradılmış yüksək şəraitə görə teatrın direktoru Əliqismət Lalayevə təşəkkürünü bildirib.

Cəvahir

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>