Sənətçilərimiz Qırğızıstana çağırıldı
Bizi izləyin

Art

Sənətçilərimiz Qırğızıstana çağırıldı

Mayın 15-dən 21-ə kimi A.Maldıbayov adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında IV Beynəlxalq balet festivalı keçiriləcək.

Publika.az xəbər verir ki, festival Qırğızıstanda xoreoqrafiya sənətinin əsasını qoyan görkəmli balet ustası, SSRİ xalq artisti B.Beyşenaliyevanın 90 illik yubileyinə həsr olunur. Festivalda bir sıra ölkələrdən olan balet ustaları ilə yanaşı Azərbaycan da nümayəndələr iştirak edəcək.

Respublikamızı bu festivalda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solistləri – Azərbaycanın xalq artisti Gülağa Mirzəyev və əməkdar artist Nigar İbrahimova təmsil edəcəklər. Onlar festival çərçivəsində baş tutacaq qala konsertdə Q.Qarayevin “Yeddi gözəl” və A.Adanın “Jizel” baletindən səhnələrlə çıxış edəcəklər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm