• USD 1,7008 0,00% EUR 1,9963 0,00%
    • GBP 2,1926 0,00% RUB 0,0287 0,00%

Nazir müavinindən teatr rəhbərlərinə XƏBƏRDARLIQ

  • Art
  • 12 May 2016 13:45
  • 499 Baxış
Nazir müavinindən teatr rəhbərlərinə XƏBƏRDARLIQ

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Milli Kitabxanada müşavirə keçirib.

Publika.az xəbər verir ki, müşavirənin əsas mövzusu teatr-konsert müəssisələrinin fəaliyyətinə həsr olunub.

Müşavirədə çıxış edən nazir müavini Ədalət Vəliyev öncə respublikamızda uğurla həyata keçirilən mədəniyyət siyasəti, dövlətin bu sahəyə diqqət və qayğısından danışıb. Daha sonra bildirib ki, bütün bu uğurlarla yanaşı nöqsanlar da üzə çıxır. Onun sözlərinə görə, bəzi teatr-konsert müəssisələri hələ də tam gücü ilə işləməyə səy göstərmir, teatr rəhbərləri bəzən öz işlərinə laqeyd yanaşırlar: “Bölgə teatrlarının fəaliyyəti də qənaətbəxş səviyyədə deyil. Teatrların repertuar siyasətində qüsurlar qalmaqdadır. Bəzən nazirlik tərəfindən təsdiq olunan repertuar sonradan teatr tərəfindən dəyişdirilir. Artıq bu istiqamətdə monitorinq aparılır. Nəticəyə görə, konkret addımlar atılacaq. Respublika üzrə qastrol səfərləri yox dərəcəsindədir. Teatrlar bütün gücü gündüz tamaşalarına yönəldiblər”.

Cəvahir

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>