Ürəktutmasından ölən xalq artistinin doğum günüdür
Bizi izləyin

Art

Ürəktutmasından ölən xalq artistinin doğum günüdür

Bu gün mərhum aktyor Azər Mirzəyevin doğum günüdür.

Publika.az xəbər verir ki, aktyor 1952-ci il may ayının 12-də müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçüb. Orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Adil İsgəndərovun rəhbərliyi altında “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.

1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib. O vaxtdan ömrünün sonuna qədər bu teatrda çalışıb.

Aktyor 2014-cü ildə ürək tutmasından dünyasını dəyişib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm