• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

“Muğam dünyanın ən böyük möcüzəsidir” - Amerikalı vokalist

  • Art
  • 17 May 2016 13:45
  • 334 Baxış
“Muğam dünyanın ən böyük möcüzəsidir” - Amerikalı vokalist

Dövlət Musiqili Teatrı Amerika Günləri çərçivəsində məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” proqramının Azərbaycan versiyasını hazırlayıb.

Musiqili Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu Publika.az-a bildirib ki, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutub. Proqramda “Company-E” şirkətinin əməkdaşları - Pol Qordon Emerson (prodüser), Amikaelya Qaston (prodüser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor), Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor), Vanessa Oven (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Abi Lishart (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Tami Hol (musiqi qrupu rəhbəri və dirijor), Robert Priori (xoreoqraf, rəqqas, müəllim), Kyoko Ruş (rəqqas) və Diana Amalfitano (rəqqas) ilə yanaşı, Azərbaycan Dövlət Musiqili Teatrının çoxsaylı kollektivi – xor, balet truppası, orkestr və aktyor heyəti də iştirak edib.

“Brodveyli” sənətçilər imkan düşdükcə Bakı ilə tanış olub, şəhərin müxtəlif məkanlarına baş çəkiblər. Belə məkanların birində “Company-E”-nin prodüseri, aparıcı ifaçısı və vokalisti, xor və vokal üzrə direktoru Amikaelya Qaston Azərbaycan muğamını dinləyib və heyranlığını gizlədə bilməyib: “Bu, ilahi musiqidir. Muğamı dinlədikcə sanki sehirli bir aləmə, nağıllar dünyasına düşürsən. Mən peşəkar musiqiçiyəm, dünyanın bir çox ölkələrində olmuşam, bir çox ölkələrin, xalqların musiqilərini dinləmişəm. Azərbaycan muğamının isə bənzəri yoxdur, bu, bir ilahi istisnadır. Qısaca belə deyə bilərəm: muğam dünyanın ən böyük möcüzəsidir. Bu insanın ruhunu yerindən oynadan musiqidir. Mən ilk dəfə dinləyərkən göz yaşlarımı saxlaya bilmədim”, - deyə xanım Amikaelya Qaston söyləyib.

Amerika Birləşmiş Ştatlarının “Company-E” musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. “Company-E”-nin Dövlət Musiqili Teatrının kollektivi ilə birgə hazıladığı “Brodvey” layihəsi geniş tamaşaçı kütləsinə 14-15 may tarixlərində təqdim olunub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>