• USD 1,7008 +0,01% EUR 1,9972 -0,29%
    • GBP 2,1893 -0,72% RUB 0,0284 0,00%

Efiopiyalı nazir Akademik Teatrda

  • Art
  • 17 May 2016 16:45
  • 285 Baxış
Efiopiyalı nazir Akademik Teatrda

Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri Meaze Qebremedhinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemət qonaqlara Azərbaycan teatrının tarixi və ənənələri haqqında məlumat verib.

Bildirilib ki, teatrın binası təmir edilərək ən müasir texniki təchizatla yaradıcı heyətin ixtiyarına verilib. Bu da Azərbaycan dövlətinin mədəniyyətə qayğısının təcəssümüdür. Qeyd edilib ki, teatrda muzey, studiya, kitabxana da fəaliyyət göstərir. Azərbaycan teatrının bir çox ölkələrlə əməkdaşlıq əlaqələrinə toxunan A.Nemət Efiopiya teatrları ilə də belə əlaqələrin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri Meaze Qebremedhin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda artıq bir sıra mədəniyyət müəssisələri ilə tanış olduğunu diqqətə çatdırıb. O deyib: “Azərbaycan xalqının səmimi münasibəti və qonaqpərvərliyi ilə daha yaxından tanış olduq. Hesab edirik ki, iki ölkə arasında mədəni əlaqələrin, o cümlədən teatr sahəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsi vacibdir”.

Görüşdə mədəniyyət sahəsində maraq yaradan bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar “Şah Qacar” tamaşasına baxıblar. Səhnə əsəri maraqla qarşılanıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR