Robert Pattinsonun yeni filmindən ilk treyler – VİDEO
Bizi izləyin

Art

Robert Pattinsonun yeni filmindən ilk treyler – VİDEO

Aktyor Robert Pattinsonun baş rolu ifa etdiyi “Bir liderin uşaqlığı” (“The Childhood Of A Leader”) adlı qorxu filminin treyleri yayımlanıb.

Publika.az xəbər verir ki, Jan Pol Sartrın eyni adı daşıyan hekayəsindən və Con Faulzun “Cadugər” romanından ilhamlanaraq ərsəyə gətirilən filmdə hadisələr XX əsrin əvvəlində cərəyan verir.

Baş qəhrəmanın atası ABŞ hökumətinə işləyir və Birinci Dünya Müharibəsinə son qoyan Versal sülh müqaviləsinin hazırlanmasında iştirak edir. Siyasətlə məşğul olan valideynlər oğullarına kifayət qədər vaxt ayıra bilmirlər. Oğlan böyüdükcə dünyagörüşü dəyişir, o, faşizm tərəfdarı olaraq yetişir.

Filmin rejissoru Bredi Korbetidir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm