Anarın qızından xoş XƏBƏR
Bizi izləyin

Art

Anarın qızından xoş XƏBƏR

Mayın 19-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yazıçı-publisist Günel Anarqızının “Seçilənlər” kitabının təqdimatı və musiqili ədəbi gecə keçiriləcək.

Kitaba müəllifin 15 il ərzində (2001-2016) qələmə aldığı müxtəlif səpkili yazıları – müsahibə, esse, səyahət qeydləri, xatirə və ithafları daxildir.

“Seçilənlər” kitabında oxucular dünya şöhrətli yazıçılar Çingiz Aytmatov, Oljas Süleymenov, Elçin, Çingiz Abdullayev, Xalq rəssamları Tahir Salahov, Toğrul Nərimanbəyov, Fərhad Xəlilov, Altay Sadıxzadənin müsahibələri, korifey musiqiçilər Tofiq Quliyev, Mirzə Babayev, Müslüm Maqomayev, Emin Sabitoğluna həsr olunmuş esselər, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu və digər sənətkarımız haqqında ithaf xarakterli yazılar yer alıb.

Ümumilikdə, incəsənətin müxtəlif sahələrini, eləcə də Azərbaycan diasporunun fəaliyyətini əhatə edən və doqquz bölümdən ibarət olan “Seçilənlər”də oxucu 50-dən artıq olduqca maraqlı və oxunaqlı yazıyla tanış ola bilər.

Kitabın təqdimatına həsr olunmuş ədəbi-musiqili gecədə kitabda yer alan, seçilən sənətkarlar, opera müğənniləri Fidan və Xuraman Qasımovalar, xanəndələr Alim və Fərqanə Qasımovlar, pianoçu Murad Hüseynov, aktrisa Mehriban Zəki, vokal instrumental “Qaya” qrupu və digər sənətçilər iştirak edəcək. Gecənin aparıcıları Nərgiz Cəlilova və Murad Dadaşovdur.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm