İngilislərin Azərbaycanda “Oyuncaq evi”
Bizi izləyin

Art

İngilislərin Azərbaycanda “Oyuncaq evi”

Yuğ Dövlət Teatrı hazırda irimiqyaslı layihə həyata keçirir. Layihəyə əsasən, İngiltərənin ALOFF Teatrı ilə birgə yeni tamaşa hazırlanıb.

Publika.az xəbər verir ki, məşhur norveç yazarı Henrik İbsenin pyesi əsasında hazırlanan “Oyuncaq evi” tamaşasının prodüseri Sənan Əliyev, quruluşçu rejissoru Metyu Zak Paneş, rəssamı Olqa Yaroşdur.

Metyu Londonda fəaliyyət göstərən avanqard Second Skin Teatrında çalışıb. O 2017-ci ildə Britaniya turuna hazırlaşan “Pit və Dud geri dönür” tragikomediyası üzərində işləyir.

İbsenin məşhur əsəri Azərbaycana adaptasiya olunub. Adaptasiyanın və yeni səhnə redaksiyasının müəllifi Nik Audedir.

“Oyuncaq evi” tamaşasında Yuğ Dövlət Teatrının aktyorları Natəvan Qeybani, Oktay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov və Könül Cəfərzadə çıxış edirlər.

Tamaşanın premyerası may 20-21 may saat 17.00-da YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm